Çin Xarici İşlər Nazirliyi ABŞ-ın bioloji silah proqramının beynəlxalq səviyyədə təhqiqatını təklif edib.
APA xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Van Venbin bu gün mətbuat konfransında bildirib.
"Biz israr edirik ki, Amerika tərəfi öz öhdəliklərini əməli surətdə yerinə yetirsin, ABŞ ərazisində və ondan kənarda bütün hərbi bioloji fəaliyyətlərin tam şəffaflığını təmin etsin", - XİN rəsmisi deyib.
Venbin onu da əlavə edib ki, ABŞ hərbi bioloji layihələrin həyata keçirilməsində hamıdan daha fəaldır və eyni zamanda da beynəlxalq yoxlamalardan imtina edir.
“Dünya ictimaiyyəti bununla bağlı ciddi narahatlığını ifadə edir” – deyə XİN sözçüsü vurğulayıb.