Çinin şimalındakı Hebey əyalətində fırtına, leysan yağış 29 nəfərin həyatına son qoyub.
APA xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
16 nəfər itkin düşmüş hesab olunur.
Qeyd olunur ki, xilasedicilər itkin düşənlərin axtarış-xilasetmə əməliyyatını davam etdirirlər.
Bundan əvvəl əyalətdə doqquz nəfərin öldüyü və altı nəfərin itkin düşdüyü bildirilirdi.