Bank Of Baku

Çində zəlzələ nəticəsində ölənlərin sayı artıb

Çində zəlzələ nəticəsində ölənlərin sayı artıb
# 20 dekabr 2023 10:07 (UTC +04:00)

Çində zəlzələ nəticəsində ölənlərin sayı artıb.

APA xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası (China Central Television – CCTV) məlumat yayıb.

Çinin şimal-qərbindəki Qansu əyalətində gecə yarısı baş verən zəlzələdə ölənlərin sayı 133 nəfərə çatıb.

Xatırladaq ki, ötən gün Çinin şimal-qərbindəki Qansu əyalətində Pekin vaxtı ilə gecə yarısı (Bakı vaxtı ilə 20:00) maqnitudası 6,2 olan yeraltı təkanlar qeydə alınıb. Zəlzələnin episentri 10 km dərinlikdə yerləşib.

Zəlzələnin episentri olan Cisişan dairəsinin səlahiyyətliləri 5 minə yaxın bina və tikilinin dağıldığını bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR