Paşha Bank
Bank Of Baku

Gəncədə yol qəzasında 5 nəfər xəsarət alıb - YENİLƏNİB

Gəncədə yol qəzasında 5 nəfər xəsarət alıb - YENİLƏNİB
# 01 noyabr 2026 10:42 (UTC +04:00)

Gəncədə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 5 nəfər (3 qadın, 2 kişi) 31.10.2026-cı il tarixində saat 16:20 radələrində Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanaya hospitalizasiya olunub.

Bu barədə APA-ya TƏBİB-dən məlumat verilib.

Qeyd edilib ki, mnüxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.

***

31 oktyabr, saat 17.30

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, şəhər ərazisində hərəkətdə olan "Mercedes" və "QAZ 31" markalı minik maşınları toqquşub. Qəza zamanı 1979-cu il təvəllüdlü R.Babayev, 1985-ci il təvəllüdlü S.Abuzərova, 1977-ci il təvəllüdlü S.Pənahova, 1987-ci il təvəllüdlü Ü.Poladova və 2003-cü il təvəllüdlü Ə.İmanov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Onların vəziyyətinin kafi olduğu bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR