Bank Of Baku

CNN: İsrail ABŞ ilə məsləhətləşmələrdən sonra Livandakı əməliyyatın miqyasını azaldacaq

CNN: İsrail ABŞ ilə məsləhətləşmələrdən sonra Livandakı əməliyyatın miqyasını azaldacaq
# 30 sentyabr 2024 20:45 (UTC +04:00)

İsrail hökuməti məsələ ilə bağlı ABŞ-la məsləhətləşmələrdən sonra Livanda “Hizbullah” hərəkatının birləşmələrinə qarşı daha kiçik miqyaslı quru əməliyyatı keçirmək niyyətindədir.

APA xəbər verir ki, bu haqda CNN ABŞ administrasiyasının adı açıqlanmayan nümayəndəsinə istinadən xəbər verib.

Onun sözlərinə görə, İsrail 2006-cı ildə olduğu kimi irimiqyaslı hərbi əməliyyatlar həyata keçirməyərək, sərhəd xətti boyunca - Livan və İsrail sərhədində yerləşən kəndlərdə bir neçə əməliyyatla məhdudlaşmaq niyyətindədir.

Telekanal eyni zamanda qeyd edir ki, ABŞ hökumət nümayəndələri İsrailə ilkin olaraq məhdudlaşdırılmış əməliyyatın genişmiqyaslı münaqişəyə çevrilə biləcəyindən qorxduqlarını bildiriblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR