Bank Of Baku

Hörmüz boğazında daha iki tankerdə yanğın baş verib

Hörmüz boğazında daha iki tankerdə yanğın baş verib
# 30 oktyabr 2026 15:08 (UTC +04:00)

Hörmüz boğazından keçməyə çalışan iki tankerdə yanğın baş verib.

APA xəbər verir ki, bununla bağlı SEPAH-ın Hərbi Dəniz Qüvvələri məlumat yayıb.

Bildirilib ki, sözügedən tankerlər naviqasiya və GPS sistemlərini söndürüb, xəbərdarlıqlara baxmayaraq, tankerlər təhlükəli bölgəyə daxil olub və nəticədə insident baş verib.

Tankerlərin hazırda Hörmüz boğazının cənub sahillərində dayandığı qeyd olunub.

SEPAH-ın məlumatında tankerlərə hücum edildiyi və ya konkret olaraq mina hadisəsinin baş verdiyi qeyd olunmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR