Bank Of Baku

Əfqanıstanda 5 maqnitudalı daha bir zəlzələ olub - YENİLƏNİB-1

Əfqanıstanda 5 maqnitudalı daha bir zəlzələ olub - YENİLƏNİB-1
# 06 avqust 2023 10:23 (UTC +04:00)

Əfqanıstanda yerli vaxtla saat 05.32 radələrində 5 maqnitudalı daha bir zəlzələ olub.

APA-nın xəbərinə görə, bu barədə Tacikistan Fövqəladə Hallar və Mülki Müdafiə üzrə Komitəsi məlumat yayıb.

Zəlzələnin ocağı Düşənbədən 290 km cənub-şərqdə Əfqanıstan ərazisində olub. Zəlzələ Tacikistanın Xaruğ şəhərində 4 bal, Düşənbədə 3 bal gücündə hiss edilib.

***

saat 01.36

Əfqanıstanda sutka ərzində daha bir zəlzələ baş verib.

APA xəbər verir ki, bu barədə Qazaxıstanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, zəlzələ ocağı Almatıdan 851 km uzaqda, Əfqanıstan ərazisində yerləşib. Yeraltı təkanların maqnitudası 6,6, dərinliyi 35 km olub.

***

22.56

Əfqanıstanın Hinduquş dağ silsiləsində 5,7 bal gücündə zəlzələ baş verib.

APA-nın xəbərinə görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Təbii fəlakətin episentri təxminən 161 min insanın yaşadığı Qunduz şəhərindən 176 km şərqdə yerləşib.

Tələfat və dağıntı barədə məlumat yoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR