Bank Of Baku

“Əl-Qaidə”nin yeni liderinin adı açıqlanıb

Əl-Qaidə

© APA | Əl-Qaidə

# 15 fevral 2023 15:14 (UTC +04:00)

“Əl-Qaidə” terror təşkilatının yeni lideri Saif Əl-Adil olub.

APA xəbər verir ki, bu barədə Əfqanıstanın "1TV" telekanalı BMT Təhlükəsizlik Şurasının İŞİD və "Əl-Qaidə"yə qarşı sanksiyalar üzrə komitəsinin hesabatına istinadən məlumat yayıb.

Qeyd olunub ki, o Misir vətəndaşıdır, 62 yaşı var və hazırda İrandadır.

Xatırladaq ki, “Əl-Qaidə”nin sabiq lideri Ayman əz-Zəvahiri hesab olunurdu. ABŞ hökuməti ötən ilin 2 avqustunda onun məhv edildiyini bildirmişdi və qeyd olunmuşdu ki, iyulun 31-də Kabildə pilotsuz uçuş aparatından iki “Hellfire” raketi, içində terror təşkilatının lideri olduğu güman edilən evə atılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR