Bank Of Baku

Eli Kohen: İsrail Türkiyə ilə əlaqələrini inkişaf etdirəcək

İsrail  XİN başçısı Eli Kohen

© APA | İsrail XİN başçısı Eli Kohen

# 14 fevral 2023 12:40 (UTC +04:00)

Bu qədər böyük bir itkinin qarşısında beynəlxalq ictimaiyyət, xüsusilə də İsrail bir dost ölkə olaraq Türkiyəyə ehtiyac olan bütün dəstəyi vermək bizim üçün son dərəcə vacibdir.

APA xəbər verir ki, bunu Ankarada səfərdə olan İsrailin xarici işlər naziri Eli Kohen türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birgə mətbuat konfransında deyib.

"Humanitar yardımın heç bir sərhədi yoxdur. Türkiyə ilə həmrəy olacağımıza, əlimizdən gələn hər növ yardımı verəcəyimizə sizi bir daha əmin etmək istəyirəm. Sadəcə indi deyil, gələcəkdə də yardımı edəcəyimiz bir daha bildirmək istəyirəm. Anladığım qədərlə qarşımızda problemlər həqiqətən böyükdür", - İsrail XİN başçısı deyib.

Nazir qeyd edib ki, zəlzələnin ilk saatlarında İsrail XİN iclas keçirərək Türkiyəyə yardımın göndərilməsini koordinasiya edib: “Biz zəlzələdən 12 saat sonra 450-dən çox xilasedici göndərdik, tibbi heyət gəldi, dərmanlar göndərildi. Səhra xəstəxanası qurduq. Bu fəlakətə birgə cavab verəcəyik”.

Nazir Kohen Türkiyənin 2012-ci ildə İsraildə yanğınlar zamanı bu ölkəyə dəstək verdiyini xatırladıb: "Siz o zaman bizə təyyarələrinizi göndərdiniz, yanımızda oldunuz.

Biz münasibətlərimizi gücləndirməyə, müxtəlif sahələrdə daha da inkişaf etdirməyə davam edəcəyik.

Bu zəlzələdən zərər görənlərə yardıma davam edəcəyik”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR