Bank Of Baku

Əraqçi ABŞ-a qisas vəd edib: Şri-Lanka sahillərində İran gəmisini vurduqlarına görə peşman olacaqlar

Əraqçi ABŞ-a qisas vəd edib: Şri-Lanka sahillərində İran gəmisini vurduqlarına görə peşman olacaqlar
# 05 mart 2026 10:19 (UTC +04:00)

ABŞ beynəlxalq sularda İran gəmisini hədəf aldığına görə peşman olacaq.

APA xəbər verir ki, bu barədə İran xarici işlər naziri Abbas Əraqçi “X” hesabında bildirib.

O, ABŞ-ı İranın sahillərindən 2000 mil aralıda - dənizdə cinayət törətməkdə ittiham edib.

“Hindistan donanmasının qonağı olan və təxminən 130 dənizçini daşıyan “Dena” gəmisi xəbərdarlıq olmadan beynəlxalq sularda vurulub. Sözlərimizi yadda saxlayın: ABŞ yaratdığı presedentə görə çox peşman olacaq”, - Əraqçi vurğulayıb.

Qeyd edək ki, Şri-Lanka sahillərində ABŞ sualtı qayığı İrana məxsus gəmini batırıb, ən azı 80 nəfər ölüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR