İran hazırda ABŞ-la birbaşa danışıqlar aparmır.
APA xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi öz Telegram kanalında bildirib.
“Hazırda ABŞ-la danışıqlar aparmırıq. Danışıqların bərpası üçün zəmin yaratmaq məqsədilə vasitəçilər üzərindən mesaj mübadiləsi davam edir”, - Əraqçi qeyd edib.
Nazir əlavə edib ki, ABŞ qarşılıqlı anlaşma memorandumunun pozulması ilə bağlı məsuliyyəti aradan qaldırmayana qədər Vaşinqtonla dialoqun mümkün olmadığını bildirib.