Serbiya ordusuna məxsus MiQ-29 qırıcısı qəzaya uğrayıb, pilot ölüb.
Bu barədə RTS telekanalı məlumat yayıb.
Hadisə bu gün Belqrad şəhərindən təxminən 35 kilometr məsafədə, Nova və Stara Pazova yaşayış məntəqələri arasında baş verib.
Qəza yerində Serbiya ordusunun hərbçiləri, polis və hərbi polis əməkdaşları, yanğınsöndürənlər və təcili tibbi yardım briqadaları fəaliyyət göstərir.
Hadisənin səbəbləri hələlik məlum deyil. Serbiyanın Müdafiə Nazirliyi insidentlə bağlı açıqlama verməyib.