Böyük Britaniya İordan çayının qərb sahilində tikinti işləri aparan İsrail şirkətlərinə sanksiya tətbiq edib.
“Reuters”in xəbərinə görə, ümumilikdə İsrailə məxsus 8 tikinti şirkətinə və Qəzzaya humanitar yardımın çatdırılmasına mane olan bir aktivist qrupa sanksiya tətbiq edilib, şirkətlərin aktivləri dondurulub.
Britaniya sanksiyalar paketini E1 tenderinin yekunlaşması üçün müəyyən edilmiş son müddətdən qısa zaman əvvəl elan edib.
Qeyd edək ki, E1 İordan çayının qərb sahilini iki hissəyə böləcək və onu Şərqi Qüdsdən ayıracaq, bununla da fələstinlilərin gələcək dövlətlərinin əsasını təşkil edəcəyinə ümid etdikləri ərazilərin parçalanmasına səbəb olacaq məskunlaşma layihəsidir.