Bank Of Baku

Ərdoğan Almaniya prezidentinə: İsrailin Fələstinə hücumlarına son qoyulmalıdır

Ərdoğan Almaniya prezidentinə: İsrailin Fələstinə hücumlarına son qoyulmalıdır
# 17 noyabr 2023 20:46 (UTC +04:00)

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniyanın prezidenti Frank-Valter Ştaynmayerlə görüşüb.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Prezident Administrasiyası məlumat yayıb.

Görüş zamanı İsrailin Qəzzaya hücumları, Türkiyə ilə Almaniya arasındakı ikitərəfli əlaqələr və qlobal problemlər müzakirə edilib.

Prezident Ərdoğan İsrailin Fələstin torpaqlarına hücumlarına son qoyulmalı olduğunu və insan haqlarının pozulmasına bütün dünyanın reaksiyasının vacib olduğunu bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR