Bank Of Baku

Ərdoğan Blinkeni qəbul edib - YENİLƏNİB

Ərdoğan Blinkeni qəbul edib  - YENİLƏNİB
# 13 dekabr 2024 01:32 (UTC +04:00)

Ərdoğan Blinkenlə görüşündə Türkiyənin məsələnin başladığı gündən Suriyanın ərazi bütövlüyü, birliyi və unitar quruluşunun qorunmasının tərəfdarı olduğunu bildirib.

APA xəbər verir ki, Ərdoğan, Türkiyənin Suriyada fəaliyyət göstərən PKK/PYD/YPG və İŞİD kimi terror təşkilatlarına qarşı milli təhlükəsizliyi adına tədbirlər görəcəyini də qeyd edib.

Türkiyə lideri ölkəsinin İŞİD-lə qarşı-qarşıya mübarizə aparan yeganə NATO ölkəsi olaraq PKK və onun uzantılarının da vəziyyəti fürsətə çevirmək cəhdlərinin qarşısını alacağını vurğulayıb.

***

00:05

ABŞ dövlət katibi Entoni Blinken Türkiyədə səfərdədir.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, Prezident Rəcəb Tayyib Ərdoğan Ankaraya gələn ABŞ dövlət katibini Esenboğa hava limanında qəbul edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR