Ərdoğan Blinkenlə görüşündə Türkiyənin məsələnin başladığı gündən Suriyanın ərazi bütövlüyü, birliyi və unitar quruluşunun qorunmasının tərəfdarı olduğunu bildirib.
APA xəbər verir ki, Ərdoğan, Türkiyənin Suriyada fəaliyyət göstərən PKK/PYD/YPG və İŞİD kimi terror təşkilatlarına qarşı milli təhlükəsizliyi adına tədbirlər görəcəyini də qeyd edib.
Türkiyə lideri ölkəsinin İŞİD-lə qarşı-qarşıya mübarizə aparan yeganə NATO ölkəsi olaraq PKK və onun uzantılarının da vəziyyəti fürsətə çevirmək cəhdlərinin qarşısını alacağını vurğulayıb.
***
00:05
ABŞ dövlət katibi Entoni Blinken Türkiyədə səfərdədir.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, Prezident Rəcəb Tayyib Ərdoğan Ankaraya gələn ABŞ dövlət katibini Esenboğa hava limanında qəbul edib.