Bank Of Baku

Ərdoğan Əhməd əş-Şaraa ilə Suriyada baş verən son hadisələri müzakirə edib

Suriya Prezidenti Əhməd əş-Şaraa və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan

© APA | Suriya Prezidenti Əhməd əş-Şaraa və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan

# 19 yanvar 2026 01:05 (UTC +04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya Prezidenti ilə telefon danışığı aparıb.

APA "Anadolu" agentliyinə istinadən xəbər verir ki, tərəflər Türkiyə–Suriya ikitərəfli münasibətlərini, eləcə də Suriyada baş verən son hadisələri müzakirə ediblər.

Türkiyə lideri Ankaranın Suriyanın ərazi bütövlüyünə, birliyinə, sabitliyinə və təhlükəsizliyinə böyük önəm verdiyini vurğulayıb.

Ərdoğan qeyd edib ki, Suriya ərazisinin terrorizmdən tam şəkildə təmizlənməsi həm Suriya, həm də bütün region üçün zəruridir.

O, Türkiyənin bundan sonra da, ilk növbədə terrorizmlə mübarizə sahəsində olmaqla, Suriyaya hərtərəfli dəstək göstərməyə davam edəcəyini bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR