Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Hindistanın Baş naziri Narendra Modi ilə görüşüb.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə “Anadolu” Agentliyi məlumat yayıb.
Qeyd edək ki, görüş Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Dövlət Başçılarının 22-ci Zirvə Toplantısı çərçivəsində baş tutub.