Bank Of Baku

Ərdoğan İsrail XİN rəhbəri ilə İranı da müzakirə edib - YENİLƏNİB

Ərdoğan İsrail XİN rəhbəri ilə İranı da müzakirə edib - YENİLƏNİB
# 14 fevral 2023 16:21 (UTC +04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin xarici işlər naziri Eli Koheni qəbul edib.

APA xəbər verir ki, görüş İsrail xarici işlər nazirinin Türkiyəyə səfəri çərçivəsində baş tutub.

Xarici işlər naziri ‎Eli Kohen Türkiyə Prezidenti Ərdoğanla görüşdə İsrail vətəndaşları və Qəzzada HƏMAS-ın əlində olan əsgər meyitləri, İranın nüvə proqramı ilə mübarizə məsələsini gündəmə gətirib.

Qeyd edək ki, Kohen türkiyəli həmkarı Çavuşoğlu ilə də görüşüb.

***

12:07

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin xarici işlər naziri Eli Koheni qəbul edəcək.

APA xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR