Bank Of Baku

Ərdoğan Mirziyoyevlə telefonla danışıb, "TOGG" elektromobilini əldə etməsi münasibətilə təbrik edib

Ərdoğan Mirziyoyevlə telefonla danışıb, "TOGG" elektromobilini əldə etməsi münasibətilə təbrik edib
# 12 aprel 2023 19:12 (UTC +04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında telefon danışığı olub.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.

Qeyd olunub ki, danışıq zamanı Türkiyə ilə Özbəkistan arasındakı əlaqələr müzakirə olunub.

Ərdoğan Türk dünyası olaraq birlik içində daha çox nəticələrin əldə edilə biləcəyinə inandığını vurğulayıb. O, Türkiyə ilə Özbəkistan arasındakı güclü əməkdaşlığın bu anlayışın əsas sütunlarından biri olduğunu bildirib.

Bundan əlavə, Türkiyə lideri özbəkistanlı həmkarını Türkiyənin ilk elektromobili olan “TOGG”u əldə etmək münasibəti ilə təbrik edərək uğurlu olmasını diləyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR