Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Misirdə səfərdədir.
APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, səfər çərçivəsində, o, misirli həmkarı Əbdülfəttah əs-Sisi ilə görüşəcək.
Görüş zamanı iki ölkə arasında münasibətlər, Qəzzada vəziyyət və regional məsələlər müzakirə olunacaq.
***
12:29
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Misirə rəsmi səfərə yola düşüb.
APA xəbər verir ki, bu barədə TRT Haber məlumat yayıb.
Ərdoğan səfəri çərçivəsində misirli həmkarı ilə görüşəcək.