Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Özbəkistanın Səmərqənd şəhərinə səfərə gedib.
APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
Ərdoğan, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin dövlət başçılarının 22-ci Zirvə Toplantısında iştirak edəcək.
***
11:15
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Özbəkistanın Səmərqənd şəhərinə yola düşüb.
APA xəbər verir ki, Ərdoğan səfər çərçivəsində Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin dövlət başçılarının 15-16 sentyabr tarixlərində baş tutacaq sammitində iştirak edəcək.
O, sammit çərçivəsində bir sıra görüşlər keçirəcək.
Ərdoğanın Rusiya Prezidenti Vladimir Putinlə Azərbaycan-Ermənistan sərhədindəki gərginliyi də müzakirə edəcəyi gözlənilir.