Qəzzada müharibə zamanı öldürülən 11 minə yaxın insanlardan 73%-dən çoxu qadın və uşaqdır.
APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə prezident Rəcəb Tayyib Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatının 16-cı Zirvə Toplantısında çıxışı zamanı bildirib.
Ərdoğanın sözlərinə görə, Qərb, xüsusən də, ABŞ bu qətliam qarşısında susur.
O, həmçinin qeyd edib ki, Türkiyə indiyədək Qəzzaya 230 tondan çox humanitar yardım yüklü 10 təyyarə bölgəyə göndərib.