Filippinin keçmiş prezidenti Fidel Ramos 94 yaşında vəfat edib.
APA-nın xəbərinə görə, bu barədə rəsmi mənbələr məlumat verib. Sabiq dövlət başçısının ölüm səbəbi yaxın günlərdə rəsmi şəkildə elan ediləcək.
Keçmiş hərbçi Fidel Ramos 1992-1998-ci illərdə ölkəyə rəhbərlik edib. Hakimiyyəti dövründə enerji və nəqliyyat problemlərinin həlli və əhalinin nəzarətsiz artımının qarşısını almaq üçün islahatlar aparıb.