Hakan Fidan: “2024-cü ildə Ukrayna münaqişəsinin həllini gözləmək lazım deyil”

Hakan Fidan: “2024-cü ildə Ukrayna münaqişəsinin həllini gözləmək lazım deyil”
# 19 mart 2024 03:55 (UTC +04:00)

2024-cü il ərzində Ukraynada münaqişənin həllini gözləmək lazım deyil.

APA xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan “CNN Türk”ə müsahibəsində deyib.

“Çox baha başa gələn boks döyüşü gedir. Münaqişənin digər regionlara, Şərqi Avropaya, Mərkəzi Avropa ərazisinə keçməsi təhlükəsi var, nüvə silahından danışılır”, - deyə nazir vurğulayıb.

Onun sözlərinə görə, Avropada bir sıra siyasətçilər tədricən riskləri dərk etməyə başlayıblar.

“2024-cü ilə gəlincə, Ukrayna münaqişəsinin həlli üçün heç bir əsas yoxdur”, - deyə Fidan bildirib.

Nazir həmçinin əlavə edib ki, 2025-ci ilə bəzi ümidlər var, lakin gözləmək və hansı şərtlərin yaranacağına baxmaq lazımdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR