Bank Of Baku

Bu il 2 565 hektar torpaq sahəsinin qanunsuz ayrılmasına dair bələdiyyə aktları ləğv edilib

Bu il 2 565 hektar torpaq sahəsinin qanunsuz ayrılmasına dair bələdiyyə aktları ləğv edilib
# 21 oktyabr 2026 12:05 (UTC +04:00)

Cari ilin ilk doqquz ayı ərzində 2 565 hektar torpaq sahəsinin qanunsuz ayrılmasına dair bələdiyyə aktlarının ləğvi ilə bağlı Ədliyyə Nazirliyi tərəfindən müvafiq işlər görülüb.

APA xəbər verir ki, bu sözləri Milli Məclisin Regional məsələlər komitəsinin bu gün təşkil etdiyi “Yeni Azərbaycan Partiyasının VIII Qurultayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışından irəli gələn regional inkişaf və yerli özünüidarəetmə sahəsində vəzifələr və çağırışlar” mövzusunda konfransda Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Baş İdarəsinin rəisi Elmin Həsənov deyib.

“Nəticədə 2 552 hektar torpaq sahəsinin icarəyə, 13 hektarının isə mülkiyyətə verilməsi ilə bağlı qanunsuz bələdiyyə qərarları ləğv edilib. Eyni zamanda bu qeyd olunan torpaq sahələrinin 2040 hektarını örüş sahələri əhatə edir. Həmin torpaqların bələdiyyə mülkiyyətinə qaytarılması ilə bağlı tərəfimizdən tədbirlər görülüb. Bu da kənd təsərrüfatının dəstəklənməsinə, torpaqların yerində daha düzgün və ədalətli bölüşdürülməsinə xidmət edir. Torpaqlardan düzgün istifadə ilə yanaşı, torpaqlarla bağlı icarə haqlarının və torpaq vergilərinin düzgün hesablanması da nazirliyin əsas fəaliyyət prioritetlərindən biridir”, - deyə Elmin Həsənov bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR