Bank Of Baku

Hakan Fidan: İranla İsrail arasında yeni müharibə ehtimalı həmişə mövcuddur

Türkiyənin xarici işlər naziri Hakan Fidan

© APA | Türkiyənin xarici işlər naziri Hakan Fidan

# 25 iyul 2025 23:27 (UTC +04:00)

İran və İsrail arasında yeni bir müharibənin başlama ehtimalı hər zaman aktualdır.

APA-nın İstanbul müxbirinin xəbərinə görə, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan NTV kanalına müsahibəsində bildirib.

Nazir vurğulayıb ki, tərəflər 12 günlük müharibədən müəyyən nəticələr çıxarır.

“Xüsusilə İsrail müəyyən məsələləri yenidən qiymətləndirilməsini istəyə bilər. Mən inanıram ki, əgər İran hücuma məruz qalmasa, özü hücum etməyəcək. Əgər nüvə danışıqlarında razılıq əldə olunsa, yeni bir müharibə görməyəcəyik”, – deyə Fidan bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR