İsrail Qəzzada şiddətə son qoymalıdır. İsrail-Fələstin münaqişəsinin regiona yayılmasının qarşısını almaq lazımdır.
APA-nın Türkiyə bürosunum xəbərinə görə, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan Ankarada iranlı həmkarı Hüseyn Əmir-Abdullahianla birgə mətbuat konfransı zamanı bildirib.
O qeyd edib ki, Türkiyə atəşkəsin təmin edilməsi, beynəlxalq sülh konfransının təşkil edilməsinə dair səylər göstərir və qarant ölkələrdən biri olmağa hazırdır.