Türkiyə xarici işlər naziri Hakan Fidan Macarıstanın xarici işlər və xarici ticarət Naziri Peter Siyarto ilə görüşüb.
APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə XİN məlumat yayıb.
Qeyd edək ki, görüş Qazaxıstanın paytaxtı Astanada Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında 10-cu yubiley Zirvə görüşü çərçivəsində baş tutub.