Türkiyə xarici işlər naziri Hakan Fidan bu gün Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman ilə telefon danışığı aparıb.
APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə XİN-dən diplomatik mənbə bildirib.
Qeyd olunub ki, danışıq zamanı Qəzzadakı son hadisələr müzakirə edilib. Bundan əlavə, Ər-Riyadda keçirilən İslam Əməkdaşlıq Təşkilatının Fövqəladə Birgə Zirvə Toplantısında qəbul edilən qərarların davam etdirilməsi üçün görüləcək işlər barədə də fikir mübadiləsi aparılıb.