Türkiyənin xarici işlər naziri Hakan Fidan Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan Əl Səudla telefon danışığı aparıb.
Bu barədə TASS-a Türkiyə Xarici İşlər Nazirliyindəki mənbə məlumat verib.
“Sentyabrın 11-də xarici işlər naziri Hakan Fidan Səudiyyə Ərəbistanının xarici işlər naziri ilə telefon danışığı aparıb. Danışıq zamanı regionda baş verən son hadisələr və Səudiyyə Ərəbistanına qarşı son hücumlar müzakirə olunub”, – mənbə bildirib.
Sentyabrın 8-də Səudiyyə Ərəbistanının SPA agentliyi Yəməndəki husilərin krallığın bir sıra yaşayış məntəqələrinə hücumları nəticəsində qadın və uşaqlar da daxil olmaqla 73 nəfərin xəsarət aldığını açıqlayıb.
Məlumata görə, Əbha, Cizan, Nəcran və Xamis-Müşeyt şəhərlərində mülki və iqtisadi obyektlər hücuma məruz qalıb.