Səudiyyə Ərəbistanının Energetika Nazirliyi bir neçə hücumdan sonra “Şərq-Qərb” neft kəmərinin Mədinə və Ər-Riyad ətrafından keçən bəzi hissələrinin preventiv məqsədlə fəaliyyətinin dayandırıldığını açıqlayıb.
Bu barədə krallığın Energetika Nazirliyinin açıqlamasına istinadən “Asharq Al-Awsat” qəzeti məlumat yayıb.
Nazirliyin rəsmi nümayəndəsi hücumlar nəticəsində bir neçə nəfərin xəsarət aldığını və onlara tibbi yardım göstərildiyini bildirib.
“Fövqəladə hallar briqadaları neft kəmərinin təhlükəsizliyini təmin etmək və təsdiqlənmiş prosedurlara uyğun olaraq onun texniki vəziyyətini yoxlamaq üçün dərhal işə başlayıb”, – açıqlamada qeyd olunub.