Bank Of Baku

HAMAS danışıqlardakı prioritetinin Qəzzada atəşkəsin əldə olunması olduğunu açıqlayıb

HAMAS danışıqlardakı prioritetinin Qəzzada atəşkəsin əldə olunması olduğunu açıqlayıb
# 07 oktyabr 2025 23:01 (UTC +04:00)

HAMAS-ın Misirin Şarm əl-Şeyx şəhərində keçirilən danışıqlardakı prioritetləri Qəzza zolağında atəşkəsin əldə olunması və israilli girovların fələstinli məhbuslarla mübadiləsidir.

APA xəbər verir ki, bu barədə hərəkatın danışıqlardakı nümayəndə heyətinin rəhbəri Xalil əl-Həyyə məlumat verib.

“Biz bura müəyyən məqsədlə gəlmişik; müharibəni dayandırmaq, məhbuslarımızı azad etmək və israilli girovları buraxmaq. İsrail tərəfindən törədilən təcavüzün tamamilə dayandırılmasına dair zəmanətlər əldə edilməlidir,” – o deyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR