Bank Of Baku

Bakı Forumunda süni intellekt dövründə mədəniyyətlərarası dialoqun gücləndirilməsi müzakirə olunub - FOTO

Bakı Forumunda süni intellekt dövründə mədəniyyətlərarası dialoqun gücləndirilməsi müzakirə olunub - FOTO
# 27 oktyabr 2026 16:37 (UTC +04:00)

Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda “Tərəfdaşlıqdan kollektiv fəaliyyətə: süni intellekt dövründə mədəniyyətlərarası dialoq üçün qlobal sinerjinin gücləndirilməsi” mövzusunda birgə xüsusi sessiyada təşkil olunan paneldə Azərbaycanın beynəlxalq dialoqun təşviqində rolu, mədəni irsin qorunması və süni intellektin yaratdığı imkanlar müzakirə olunub.

APA xəbər verir ki, Beynəlxalq Təşkilatların 3-cü Yüksəksəviyyəli Görüşü və Bakı Prosesinin 6-cı Nazirlər Toplantısı çərçivəsində keçirilən sessiyada müxtəlif ölkələrin nümayəndələri Azərbaycanın mədəniyyətlərarası dialoqun inkişafına verdiyi töhfəni vurğulayaraq forumun təşkili üçün təşəkkürlərini bildiriblər.

Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Coşqun Yılmaz süni intellektin mədəni irsin qorunması, sənədləşdirilməsi və gələcək nəsillərə ötürülməsi, eləcə də mədəni sərvətlərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə istifadəsinin genişləndirildiyini bildirib.

Bosniya və Herseqovinanın mədəniyyət və idman üzrə federal naziri Sanya Vlaysavleviç süni intellektin manipulyasiya, ayrı-seçkilik və mövcud bərabərsizlikləri dərinləşdirmək vasitəsinə çevrilməməli olduğunu vurğulayıb.

Gürcüstanın mədəniyyət nazirinin müavini Natia Şamatava Gürcüstanda mədəni irsin rəqəmsallaşdırılması istiqamətində görülən işlərdən danışaraq, forumun təşkilinə görə Azərbaycana və tədbirdə iştirak edən BMT qurumlarına təşəkkür edib.

Slovakiya Respublikasının dövlət katibi Mario Maruşka süni intellektin kiçik mədəniyyətlərin və dillərin təmsilçiliyini zəiflətməsi riskinə diqqət çəkib.

Çin Xalq Respublikasının Azərbaycandakı səfiri Lu Mey bildirib ki, süni intellektin imkanlarından bütün ölkələr, xüsusilə inkişaf etməkdə olan dövlətlər bərabər faydalanmalıdır.

Macarıstanın UNESCO üzrə Milli Komissiyasının prezidenti, səfir Katalin Annemariya Boqyai isə süni intellektin mədəniyyətlər və dillər arasında körpüyə çevrilməli, mövcud fərqləri dərinləşdirməməli olduğunu qeyd edib.

Panel sessiyası müzakirələrlə davam etdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR