Bank Of Baku

HAMAS-ın əsir götürdüyü İsrail əsgərinin meyiti Qəzzada tapılıb

HAMAS-ın əsir götürdüyü İsrail əsgərinin meyiti Qəzzada tapılıb
# 17 noyabr 2023 10:25 (UTC +04:00)

Oktyabrın 7-də HAMAS tərəfindən əsir götürülən İsrail əsgəri Noa Marcianonun meyiti Qəzzada Əl-Şifa xəstəxanasına bitişik binada tapılıb.

APA "The Jerusalem Post"a istinadən xəbər verir ki, bu barədə İsrailin Müdafiə Qüvvələri məlumat yayıb.

HAMAS həftənin əvvəlində Marcianonun meyitinin videosunu yayaraq onun İsrailin hava hücumu nəticəsində öldürüldüyünü iddia etmişdi.

İsrail qüvvələri onun HAMAS tərəfindən öldürüldüyünü sübut edən faktların olduğunu bildirib.

Əsgərin meyiti artıq İsrailə gətirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR