Bank Of Baku

HAMAS-ın İsrailə hücumu zamanı öldürülənlərdən 859 nəfərin kimliyi müəyyən edilib

HAMAS-ın İsrailə hücumu zamanı öldürülənlərdən 859 nəfərin kimliyi müəyyən edilib
# 14 noyabr 2023 19:38 (UTC +04:00)

Oktyabrın 7-də HAMAS-ın İsrailin cənubuna qəfil hücumu zamanı qətlə yetirdiyi şəxslərdən 859 nəfərin kimliyi müəyyən edilib.

APA İsrail mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin polis, Müdafiə Qüvvələri və Səhiyyə Nazirlyi birgə məlumat yayıb.

Polisin verdiyi məlumata görə, hələ də qətlə yetirilmiş şəxslərin qalıqlarının kimliyinin müəyyənləşdirilməsi davam edir.

Bildirilib ki, DNT nümunələri, barmaq izləri və hər bir əsgərin fotoşəkilləri də daxil olmaqla, IDF-də mövcud olan məlumat bazaları sayəsində əsgərlərin meyitlərinin müəyyən edilməsi prosesi daha tez həyata keçirilir. Lakin mülki şəxslərin şəxsiyyətini müəyyənləşdirmək daha mürəkkəbdir, çünki bu məlumatlar ümumiyyətlə daha az tam və daha az əlçatandır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR