HAMAS-ın yeni lideri Yəhya Sinvar İsraillə atəşkəs sənədi imzalamağa hazır olduğunu bildirib.
APA xəbər verir ki, bu barədə “Hurriyet” qəzeti məlumat yayıb. Nəşr yazıb ki, artıq vasitəçilər İsrail tərəfini bundan xəbərdar edib.
Yazıda göstərilənlərə əsasən, HAMAS müzakirələrdə konstruktiv mövqe nümayiş etdirir.
Qeyd edək ki, Türkiyə hökumətinin dəfələrlə verilən açıqlamalarda razılaşmanın yalnız ABŞ və İsrail tərəfinin güzəştləri fonunda mümkün olacağı bildirilib.