Bank Of Baku

HƏMAS atəşkəs danışıqlarına başlamağa hazırdır

HƏMAS atəşkəs danışıqlarına başlamağa hazırdır
# 02 iyun 2025 01:29 (UTC +04:00)

HƏMAS Qəzza zolağında atəşkəs üçün İsraillə dərhal dolayı danışıqlara başlamağa hazır olduğunu açıqlayıb.

APA xəbər verir ki, HƏMAS ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffun Qəzza zolağında müvəqqəti atəşkəs və məhbus mübadiləsi təklifinə cavab verdikdən sonra yeni açıqlama verib.

HƏMAS açıqlamasında bildirib ki, Uitkoffun təklifindəki mübahisəli məqamlar üzrə razılığa gəlmək, Qəzzada humanitar faciəyə son qoymaq, daimi atəşkəs yaratmaq və İsrail qüvvələrinin Qəzzadan tam çıxarılmasını təmin etmək üçün dərhal dolayı danışıqlara başlamağa hazırdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR