HƏMAS Qəzzada atəşkəs danışıqlarına qayıtmağı gecikdirir

HƏMAS Qəzzada atəşkəs danışıqlarına qayıtmağı gecikdirir
# 12 avqust 2024 02:18 (UTC +04:00)

Fələstinin HƏMAS hərəkatı vasitəçiləri danışıqlar masasına qayıtmaqdansa, Qəzza zolağında atəşkəs razılaşmasının həyata keçirilməsi üçün konkret plan təqdim etməyə və İsraili onu yerinə yetirməyə məcbur etməyə çağırıb.

APA TASS-a istinadən xəbər verir ki, müvafiq bəyanat hərəkatın rəsmi “Telegram” kanalında dərc olunub.

“HƏMAS vasitəçiləri, hərəkata təqdim edilən və ABŞ prezidenti Co Baydenin təşəbbüsləri və BMT Təhlükəsizlik Şurasının qətnaməsi əsasında hazırlanmış sazişin həyata keçirilməsi planını təqdim etməyə və həmçinin İsraili danışıqların yeni raundlarına keçməkdənsə, ona əməl etməyə məcbur etməyə çağırır.”, - deyə sənəddə deyilir.

HƏMAS-a görə razılaşmaların növbəti raundu, İsrailə yalnız Qəzza sakinlərinə qarşı təcavüzü davam etdirmək üçün sığınacaq verəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR