Bank Of Baku

HƏMAS Yaffa hücumuna görə məsuliyyəti öz üzərinə götürüb

HƏMAS Yaffa hücumuna görə məsuliyyəti öz üzərinə götürüb
# 02 oktyabr 2024 22:21 (UTC +04:00)

HƏMAS hərəkatının hərbi qanadı İzzəddin əl-Qəssam Briqadaları oktyabrın 1-də Tel-Əvivin Yəffa bölgəsinin cənubunda baş verən hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

APA xəbər verir ki, müvafiq bəyanat hərəkatın “Telegram” kanalında yerləşdirilib.

“İzzəddin Əl-Qəssam Briqadaları Yaffa əməliyyatının Hebron şəhərindən olan iki döyüşçümüz tərəfindən həyata keçirildiyini təsdiqləyir”, - deyə məlumatda bildirilir.

Hərəkat həmçinin yaxın bir neçə gün ərzində İsraildə yeni hücumların baş verəcəyini də istisna etməyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR