Bank Of Baku

Hindistan Rusiya neftinin idxalını tədricən azaltmağı planlaşdırır

Hindistan Rusiya neftinin idxalını tədricən azaltmağı planlaşdırır
# 16 oktyabr 2025 11:30 (UTC +04:00)

Hindistanın bir sıra neft emalı zavodları ABŞ Prezidenti Donald Trampın bəyanatından sonra Rusiya neftinin idxalını azaltmağa hazırlaşır.

APA xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Bildirilir ki, ABŞ Hindistana Rusiya neftindən imtina etməsi və Rusiyanın Ukraynaya qarşı müharibəsinin tez bitməsinə kömək etməsi üçün təzyiq göstərir.

Tramp bildirib ki, Hindistanın Baş naziri Narendra Modi ona Rusiya neftinin alınmasının dayandırılacağına dair vəd verib. Hazırda Rusiya Hindistan üçün əsas neft tədarükçüsüdür.

Agentliyin məlumatına görə, Trampın bəyanatından sonra xam neftin qiyməti təxminən 1% artıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR