Hindistanın şimal-şərqində güclü daşqınlar nəticəsində ən azı 34 nəfər həlak olub.
APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, son dörd gündə daşqınlar nəticəsində baş verən torpaq sürüşmələri geniş ərazilərə ziyan vurub.
Himalay ərazisində xilasedicilər turistlər də daxil olmaqla 1500-dən çox insanı təxliyə edib.
Hakimiyyət orqanları torpaq sürüşmələri və daşqınlar barədə xəbərdarlıq edir, risk altında olan sakinləri diqqətli olmağa çağırırlar.
Zəhra Əhədova