Bank Of Baku

Hindistanda fişəng zavodunda partlayış baş verib, 10 nəfər ölüb

Hindistanda fişəng zavodunda partlayış baş verib, 10 nəfər ölüb
# 18 fevral 2024 01:16 (UTC +04:00)

Hindistanın cənubundakı Tamil Nadu ştatında fişəng zavodunda partlayış baş verib.

APA xəbər verir ki, bu barədə Hindistan polisi məlumat yayıb.

Hadisə nəticəsində 10 nəfər ölüb, 9-u ağır yaralanıb.

Partlayış ştatın Virudhunaqar rayonunda baş verib.

Polisin məlumatına görə, partlayış baş verən zaman işçilər zavodda olublar.

Yaralılar dövlət xəstəxanasına yerləşdiriliblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR