Hindistanın Uttar Pradeş ştatında baş verən daşqınlar nəticəsində 62 nəfər ölüb.
Bu barədə “ABC News” yerli rəsmilərə istinadən xəbər verib.
Daha 46 nəfərin isə xəsarət aldığı qeyd olunub.
3 gündən çox davam edən leysan yağışların səbəb olduğu sel 1000-dən çox evi dağıdıb.
Ştat ərazisində məktəblərin fəaliyyəti dayanıb.
Bu gündən yağıntı miqdarının azalacağı gözlənilir.