İsrailin Baş naziri Benyamin Netanyahu bazar günü gizli şəkildə Əbu-Dabiyə səfər edib.
Bu barədə İsrailin “12-ci kanal”ı mənbələrinə istinadən məlumat yayıb.
Telekanalın məlumatına görə, Netanyahu səhər saatlarında şəxsi təyyarə ilə Birləşmiş Ərəb Əmirliklərinə yola düşüb və bütün günü orada keçirib. O, axşam saatlarında İsrailə qayıdıb.
Telekanalın iddiasına görə, səfərin məqsədi BƏƏ Prezidenti Məhəmməd bin Zayed Al Nəhyanla təkbətək görüş keçirmək olub.
Görüşdə hansı məsələlərin müzakirə edildiyi açıqlanmayıb.
Netanyahunun ofisi yayılan məlumatı hələlik şərh etməyib.