Bank Of Baku

“Hizbullah” lideri HAMAS-ın İsrailə hücum planından xəbərsiz olduqlarını bildirib

“Hizbullah” lideri HAMAS-ın İsrailə hücum planından xəbərsiz olduqlarını bildirib
# 03 noyabr 2023 17:38 (UTC +04:00)

HAMAS-ın İsrailə qarşı “Əl-Əqsa Tufanı” əməliyyatı bir neçə cəbhədə yayılıb.

APA xəbər verir ki, bu barədə “Hizbullah” lideri Həsən Nəsrullah İsrail-Fələstin müharibəsi ilə bağlı bugünkü çıxışında bildirib.

Onun sözlərinə görə, “Əl-Əqsa Tufanı” əməliyyatı məxfi şəkildə hazırlanıb və bu məxfiliyi qorumaq üçün hətta Fələstindəki digər qruplaşmalarından da gizlədilib.

“Və bizim də bundan xəbərimiz yox idi”, - “Hizbullah” lideri əlavə edib.

Həsən Nəsrullah vurğulayıb ki, “Əl-Əqsa Tufanı” əməliyyatı 100 faiz Fələstinin verdiyi bir qərardır, icrası da 100 faiz Fələstin tərəfindən həyata keçirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR