Bank Of Baku

“Hizbullah” liderinin bugünkü çıxışından sonra 3 mümkün ssenari açıqlanıb

“Hizbullah” liderinin bugünkü çıxışından sonra 3 mümkün ssenari açıqlanıb
# 03 noyabr 2023 13:41 (UTC +04:00)

Ərəbdilli KİV-lər “Hizbullah” lideri Həsən Nəsrullahın İsrail-Fələstin müharibəsi ilə bağlı bu gün planlaşdırılan çıxışından sonra təşkilatın mümkün fəaliyyətinə dair müxtəlif versiyalar irəli sürür.

APA xəbər verir ki, Misir mediası “Veto” Həsən Nasrullahın çıxışından sonra üç ssenarinin mümkünlüyü ilə bağlı məlumat yayıb.

Bildirilib ki, birinci ssenariyə əsasən təşkilat, İsrailə müharibə elan edə bilər.

İkinci ssenari isə budur ki, “Hizbullah” İsrailə qarşı xüsusi əməliyyatların həyata keçirilməsi məqsədilə qüvvələrinin bir qismini səfərbər edir, lakin müharibə elan etmir.

Nəşrin məlumatına görə, üçüncü ssenari isə daha dinc xarakter daşıya bilər və bu, İsrail-Livan sərhədində indiki taktiki toqquşmaların davam etdirilməsidir.

Qeyd edək ki, “Hizbullah” liderinin çıxışının Bakı vaxtilə saat 17:00-da başlaması gözlənilir. Bu, Həsən Nasrullahın sonuncu İsrail-Fələstin gərginliyinin başlamasından sonra ilk çıxışı olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR