Bank Of Baku

“Hizbullah” Qüdsə doğru çoxlu sayda uzaqmənzilli raket atıb

“Hizbullah” Qüdsə doğru çoxlu sayda uzaqmənzilli raket atıb
# 28 sentyabr 2024 23:59 (UTC +04:00)

“Hizbullah”ın Livandan Qüdsə doğru çoxlu sayda uzaqmənzilli raket atdığı bildirilir.

APA xəbər verir ki, "Times of Israel" nəşrinin məlumatına görə bu, davam edən döyüşlər zamanı “Hizbullah” tərəfindən həyata keçirilən ən uzun mənzilli raket hücumudur.

Məlumata görə Livanla sərhəddən təxminən 140 kilometr içəridə yerləşən bölgələrdə siren səsləri eşidilir.

İsrail ordusu tezliklər raket hücumları ilə bağlı məlumat veriləcəyini açıqlayıb. Livandan Qüds və onun ətraf ərazilərinə 100-dən çox raket atıldığı bildirilir.

Qüdsün ətraf bölgələrində elektrik enerjisinin kəsilməsinin infrastrukturun zədələnməsi səbəbindən baş verdiyi ehtimal olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR