Yəmənin husi qruplaşması Bab əl-Məndəb boğazında Səudiyyə Ərəbistanına məxsus ticarət gəmisinə raket zərbəsi endirib.
Bu barədə “Al Arabiya” məlumat yayıb.
Məlumata görə, hücum nəticəsində gəminin 3 ekipaj üzvü həlak olub. Onlardan ikisi Pakistan, biri isə İndoneziya vətəndaşıdır.
Yerli hərbi mənbələr gəminin adının “Tihama” olduğunu bildiriblər.
Hadisə Bab əl-Məndəb boğazında gəmiçiliyə qarşı hücumların intensivləşdiyi bir vaxtda baş verib.