Paşha Bank
Bank Of Baku

Husilər Ər-Riyad hava limanını ballistik raketlə vurduqlarını iddia ediblər

Husilər Ər-Riyad hava limanını ballistik raketlə vurduqlarını iddia ediblər
# 08 oktyabr 2026 07:38 (UTC +04:00)

Yəmənin “Ənsar Allah” hərəkatının husiləri Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda yerləşən Kral Xalid Beynəlxalq Hava Limanına ballistik raketlə zərbə endirdiklərini iddia ediblər.

APA xəbər verir ki, bunu hərəkatın hərbi nümayəndəsi Yəhya Səriya “Telegram” kanalında açıqlayıb.

“Silahlı qüvvələrimiz Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanını ballistik raketlə vurmağa nail olub”, – o bildirib.

Səriyanın iddiasına görə, raketin birbaşa hədəfə dəyməsi nəticəsində Səudiyyə Ərəbistanının paytaxtındakı hava limanında uçuşlar dayandırılıb.

Husilərin nümayəndəsi beynəlxalq aviaşirkətləri Səudiyyə Ərəbistanının hava məkanından istifadə etməməyə çağırıb.

O, müsəlmanlar üçün müqəddəs sayılan Məkkə və Mədinə şəhərləri istisna olmaqla, krallığın hava məkanının “hərbi əməliyyatlar zonasına çevrildiyini” iddia edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR